Bakı. Trend:
"Taliban" hərəkatının nümayəndələri 30 iyun - 1 iyul tarixlərində Dohada keçiriləcək BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcəklər.
Trend-in məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Zəbihullah Mücahid bildirib.
Z.Mücahid qeyd edib ki, Taliban “görüşün gündəliyini nəzərdən keçirdikdən sonra” konfransda iştirak etmək qərarına gəlib.