...

Avro-2024-də 2-ci tur başlayır

Dünya xəbərləri Materials 19 İyun 2024 09:09 (UTC +04:00)
Avro-2024-də 2-ci tur başlayır

Bu gün Avro-2024-də 2-ci tura start veriləcək.

Trend xəbər verir ki, günün ilk oyununda B qrupunda Xorvatiya və Albaniya milliləri üz-üzə gələcək.

Hər iki komanda ilk turda məğlub olub. Xorvatlar İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə uduzub.

A qrupunda Almaniya Macarıstanla qarşılaşacaq. Almanlar turnirin açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib. Macarıstan isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Günün son matçında isə Şotlandiya İsveçrə ilə üz-üzə gələcək.

19 iyun

Avro-2024

2-ci tur

B qrupu

17:00. Xorvatiya - Albaniya

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq, “Folksparkştadion” stadionu.

N Komandalar O Q H M T-F X
1 İspaniya 1 1 0 0 3-0 3
2 İtaliya 1 1 0 0 2-1 3
3 Aıbaniya 1 0 0 1 1-2 0
4 Xorvatiya 1 0 0 1 0-3 0

A qrupu

20:00. Almaniya - Macarıstan

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart, "MHP Arena" stadionu.

23:00. Şotlandiya - İsveçrə

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, “Reyn Enerqi” stadionu.

N Komandalar O Q H M T-F X
1 Almaniya 1 1 0 0 5-1 3
2 İsveçrə 1 1 0 0 3-1 3
3 Macarıstan 1 0 0 1 1-3 0
4 Şotlandiya 1 0 0 1 1-5 0
Xəbər lenti

Xəbər lenti