...

Türkiyədə yol qəzası: bələdiyyə sədri ölüb, 10 nəfər yaralanıb

Dünya xəbərləri Materials 19 İyun 2024 13:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə iki minik avtomobili toqquşub.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının Aydınlar Bələdiyyəsinin sədri Tacettin Karamercan ölüb, daha 10 nəfər yaralanıb. Bələdiyyə sədri xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, xəsarət alanların 6-sı uşaqdır.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti