...

Polşanın Baltik sahillərində NATO-nun taktiki təlimləri başlayıb

Dünya xəbərləri Materials 20 İyun 2024 03:04 (UTC +04:00)

Bakı. Trend:

NATO-nun 12 ölkəsindən minə yaxın hərbçi Polşanın Baltik sahillərində keçirilən təlimlərdə iştirak edir.

Trend-in məlumatına görə, bu barədə "PAP" agentliyi xəbər verib.

Məlumata əsasən, “EURETEX 24” taktiki təlimi iki ildən bir keçirilir.

Məlumata görə, iki həftəlik təlimdə Almaniya, İspaniya, Polşa, İtaliya, Rumıniya, Çexiya, Danimarka, Belçika, Macarıstan, Estoniya, Litva, ABŞ-dan olan əsgərlər iştirak edirlər.

Təlim zamanı hərbi qulluqçular hərbi mühəndislik, dalğıc, partlayıcı maddələrin zərərsizləşdirilməsi, kimyəvi və bioloji müdafiə, həmçinin meteorologiya və okeanoqrafiya kimi tapşırıqları yerinə yetirəcəklər.

Xəbər lenti

Xəbər lenti