Bakı. Trend:
"Just Stop Oil" hərəkatının ətraf mühit fəalları bu mövzuya diqqəti artırmaq üçün İngiltərədəki Stounhenc daşlarına narıncı toz boya səpiblər.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, polis iki fəalın saxlanıldığını bildirib.
Britaniyanın baş naziri Rişi Sunak etirazçıların hərəkətlərini tənqid edib.
Xatırladaq ki, Stounhenc eramızdan əvvəl 3000-2000-ci illər arasında Solsberi düzündə dairəvi şəkildə quraşdırılmış beş metrlik daşlar qrupudur. Bəzi tədqiqatçılar buranın qədim rəsədxana olduğuna inanırlar. Onun məqsədi ilə bağlı mübahisələr səkkiz əsrdən artıqdır ki, səngimir.