...

Gürcüstanda keçiriləcək parlament seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq

Dünya xəbərləri Materials 20 İyun 2024 21:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq. Bununla əlaqədar ölkə qanunlarına bəzi dəyişikliklər olunub.

Trend xəbər verir ki, dəyişikliklərə əsasən, əcnəbilərin Gürcüstanın siyasi həyatında iştirakına ciddi məhdudiyyətlər qoyulub.

Xarici vətəndaşların yaşayış icazəsi olub-olmamasından asılı olmayaraq partiya yaratmaq, partiyalara qoşulmaq, partiyalara ianə vermək hüququ yoxdur. Bundan başqa, xarici vətəndaşların seçkilərdə iştirak etmək hüququ yoxdur. Digər dəyişiklik seçki məntəqələrində elektron səsvermənin tətbiqi ilə əlaqədardır.

Bu seçkilər ölkədəki seçki məntəqələrinin 90 faizində elektron səsvermə sistemindən istifadə edilməklə keçiriləcək ilk seçki olacaq. Seçicilər seçki məntəqələrində əvvəlki qaydada səs versələr də, yeni bülletenlərdən istifadə olunacaq və nəticələr xüsusi sayma maşını ilə hesablanacaq. Əvvəllər elektron səsvermə sistemi seçki məntəqələrinin yalnız kiçik bir hissəsini əhatə edirdi və pilot rejimdə həyata keçirilirdi.

Bu il həm də parlament seçkiləri ilk dəfə Gürcüstanda tam proporsional sistemlə keçiriləcək. Parlamentdəki 150 yer partiya siyahıları əsasında doldurulacaq. Bununla belə partiya yalnız ən azı 5 faiz səs toplayacağı təqdirdə parlamentə daxil ola biləcək. Parlament çoxluğunu əldə etmək üçün siyasi partiya həm Gürcüstanda, həm də xaricdə səs verəcək seçicilərin ən azı 50 faizinin dəstəyini almalıdır.

Xəbər lenti

Xəbər lenti