Bakı. Trend:
Qırğızıstanda 2010-cu ildə iyun hadisələri zamanı milis əməkdaşlarını öldürməkdə şübhəli bilinən şəxs Rusiyada saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 1991-ci il təvəllüdlü şəxs uzun müddət digər dövlətin ərazisində gizlənib.
"Şübhəli şəxs Qırğızıstana ekstradisiya olunaraq həbs edilib", - Qırğızıstan DİN-in məlumatında deyilir.
Qeyd olunub ki, şübhəli şəxs Qırğızıstan DİN-in Rusiyadakı nümayəndəliyi, MDB-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Koordinasiya Bürosu və Qırğızıstanın Baş Prokurorluğu, eləcə də Moskva vilayətinin Odintsovo şəhərinin Daxili İşlər İdarəsi və Oş vilayətinin Daxili İşlər İdarəsinin köməyilə saxlanlıb.