...

Gürcüstanın Aİ-yə qoşulması prosesi dayandırılıb

Dünya xəbərləri Materials 9 İyul 2024 11:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırılıb.

Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinskiy deyib.

Onun sözlərinə görə, ölkənin hazırkı rəhbərliyinin niyyəti Aİ liderləri üçün aydın deyil:

“Xarici təsirin şəffaflığı haqqında” qanun 9 bənd üzrə nailiyyətləri geri atır. Bununla yanaşı, Qərb, Avropa əleyhinə ritorika Avropa İttifaqına vəyan edilən üzvlük məqsədi ilə tamamilə uyğun gəlmir”.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Bu qanun ölkədə vətəndaşların, eləcə də Aİ-nin tənqidlərinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti