...

Məhv edilmiş İŞİD liderinin arvadına ölüm hökmü çıxarılıb

Dünya xəbərləri Materials 10 İyul 2024 18:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraq məhkəməsi öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı barədə ölüm hökmü çıxarıb.

Trend xəbər verir ki, bu barədə İraqın paytaxtı Bağdadda yerləşən məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məhkəmə Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı Esma Məhəmmədinin İŞİD-lə əməkdaşlıq etdiyinin, həbs edilən yezidi qadınları öz evində saxladığının, sonra isə onların İŞİD yaraqlıları tərəfindən qaçırılmasına kömək etdiyinin sübuta yetirdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti