...

Türkiyə Prezidenti Yunanıstanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib

Dünya xəbərləri Materials 11 İyul 2024 02:56 (UTC +04:00)
Türkiyə Prezidenti Yunanıstanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüş olub.

Trend-in məlumatına görə, görüş NATO-nun Vaşinqtonda keçirilən dövlət və hökumət rəhbərlərinin sammiti çərçivəsində baş tutub.

Liderlər Türkiyə ilə Yunanıstan arasında ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan ölkəsinin Yunanıstanla mehriban qonşuluq prinsipi əsasında həmrəylik ruhunun inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə diqqət çəkərək bunun artaraq davam etdiriləcəyini bildirib.

Bölgədə baş verən qarşıdurmalara toxunan Türkiyə Prezidenti bu münaqişələrin sona çatdırılması və regionda sülhün təmini üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti