...

Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord həddə çatdı

Dünya xəbərləri Materials 11 İyul 2024 20:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Respublikası Mərkəzi Bankı həftəlik pul və bank statistikasını açıqlayıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 4 milyard 898 milyon dollar artaraq 89 milyard 731 milyon dollar olub.

Ümumi valyuta ehtiyatları iyunun 28-də 84 milyard 833 milyon dollar səviyyəsində qeydə alınıb.

Qızıl ehtiyatları 640 milyon dollar artaraq 58 milyard 77 milyon dollardan 58 milyard 717 milyon dollara yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti