Bakı. Trend:
ABŞ, İsrail və Fələstin yüksək səviyyəli nümayəndələri keçən həftə Tel-Əvivdə gizli danışıqlar aparıblar.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadən bildirib.
Məlumata əsasən, onlar Misirlə Qəzza zolağının sərhəddində yerləşən Rəfah keçid məntəqəsində işin bərpasını müzakirə ediblər.
Amerika rəsmiləri bildiriblər ki, nəzarət-buraxılış məntəqəsinin açılması altı həftəyə nəzərdə tutulmuş və girovların dəyişdirilməsi və atəşkəsin nəzərdə tutulduğu sazişin birinci mərhələsinin həyata keçirilməsi üçün həlledici məqam ola bilər. HƏMAS hərəkatının yaralı üzvləri Rəfah vasitəsilə Misirə aparılmalıdır.