Bakı. Trend:
İngiltərənin Oksfordşir bölgəsində yerləşən Blenheim sarayında keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı davam edir.
Trend xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer açılış çıxışında Britaniyanın Avropa İttifaqı ilə dost və tərəfdaş olacağını, aradakı fərqliliklərlə deyil, paylaşılan dəyərlərə diqqət yetiriləcəyini deyib. Kir Starmer qeyd edib ki, onun hökuməti insanlığa və beynəlxalq hüquqa dərin hörmətlə yanaşır. Baş nazir bildirib ki, bu səbəbdən əvvəlki hökumətin mübahisəli Ruandaya deportasiya planı ləğv edilib.
K.Starmer əlavə edib ki, Uinston Çörçillin baş memarları arasında olduğu Britaniya Avropa İnsan Hüquqları Konvensiyasından (AİHM) heç vaxt çıxmayacaq.
Çıxışlardan sonra liderlər birgə foto çəkdiriblər.
Daha sonra Zirvə toplantısı çərçivəsində liderlər görüşlər, mətbuat konfransı keçirəcəklər.