...

ABŞ yaxın həftələrdə Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər

Dünya xəbərləri Materials 20 İyul 2024 00:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ yaxın həftələrdə Rusiya ilə ticarət əlaqələrinə görə Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

"Hazırda heç bir açıqlamam yoxdur, amma düşünürəm ki, bu vəziyyətin yaxın həftələrdə inkişaf edəcəyini müşahidə etdikcə [Çinə qarşı] əlavə sanksiya tədbirləri gözləyə bilərsiniz", - deyə o qeyd edib.

C.Sallivan deyib ki, Vaşinqton “Rusiya hərbi-sənaye kompleksi ilə əməliyyatlara” görə Çin və digər ölkələrdəki banklara sanksiya təzyiqini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti