Bakı. Trend:
Bundan sonra hər kəs Türkiyə vətəndaşlığı ala bilməyəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyənin əhali və vətəndaşlıq işləri üzrə məsul şəxs İbrahim Taşyapan deyib.
Onun sözlərinə görə, şəxs Türkiyə vətəndaşlığı üçün müraciət etdikdə polis və Milli Kəşfiyyat Təşkilatına (MİT) sorğu göndərilir. Həmin şəxsin vətəndaşlıq almasının milli təhlükəsizlik və ictimai asayiş baxımından bir zərəri olmadıqda proses başladılır.
İbrahim Taşyapan bildirib ki, vətəndaşlığın verilməsi Türkiyə prezidenti tərəfindən təsdiqlənməzdən əvvəl təkrar İnterpola sorğu göndərilir, çünki bu proseslər təqribən 5-6 ay çəkir.
"İnterpola sorğu göndərərək təkrar yoxlama apardıqdan sonra müraciət prezident tərəfindən təsdiqlənir", - deyə o əlavə edib.