...

Mali ordusu ölkənin cənub-qərbində terrorçuların bir neçə bazasını məhv edib

Dünya xəbərləri Materials 29 İyul 2024 07:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mali Silahlı Qüvvələrinin bölmələri ölkənin cənub-qərbində antiterror əməliyyatı keçirib.

Trend xəbər verir ki, bu barədə AES INFO informasiya portalı məlumat yayıb.

Mali hərbçiləri ərazidə bir neçə terror bazasını aşkarlayaraq məhv edib. Bundan əlavə, onlar Nara və Kvala şəhərlərini birləşdirən yolu yenidən açmışlar.

Ordu bölmələri həmçinin yerli əhalidən quldurlar tərəfindən oğurlanmış mal-qaranı geri qaytarmışdır.

Qeyd edək ki, Mali hakimiyyəti ilə ekstremist və separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlayıb. O vaxtdan bəri ölkə, ilk növbədə, təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində böhran vəziyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti