ABŞ vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib

Dünya xəbərləri Materials 29 İyul 2024 20:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Yaxın Şərqdə vəziyyətin növbəti dəfə gərginləşməsi fonunda Livandakı vətəndaşlarına respublika ərazisini tərk etməyi tövsiyə edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Rena Bitterin bəyanatında deyilir.

"ABŞ vətəndaşlarına böhran başlamazdan əvvəl fövqəladə hallar planı hazırlamağı və Livanı tərk etməyi tövsiyə edirik" , - Bitter bildirib.

Xatırladaq ki, iyulun 27-də axşam saatlarında İsrail ordusu Livandan ölkənin şimalını növbəti dəfə kütləvi atəşə tutduğunu bildirib. Raketlərdən birinin Məcdəl Şəms kəndindəki futbol meydançasında partlaması nəticəsində 12 uşaq həlak olub, 40-a yaxın insan yaralanıb. İsrail hakimiyyəti insidentə görə Livan və "Hizbullah" hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti