...

Türkiyədə əməliyyat - 99 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 2 Avqust 2024 15:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İŞİD terror təşkilatına qarşı Türkiyədə əməliyyatlar davam edir.

Trend xəbər verir ki, Terrorla Mübarizə İdarəsi və Baş Təhlükəsizlik Kəşfiyyat İdarəsinin birgə koordinasiyalı fəaliyyəti çərçivəsində həyata keçirilən “Gürz-4” əməliyyatlarında 99 şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, sözügedən əməliyyatlar Türkiyənin 26 şəhərində 3 gün müddətində davam edib. Bundan əvvəl Ankara, Adana, Antalya, Çorum, Elazığ, Qaziantep, Hatay, İstanbul, Kırıkkale, Kilis, Mersin, Şanlıurfa və Trabzon da daxil olmaqla 13 vilayətdə keçirilən əməliyyatlarda ümumilikdə 72 şübhəli ələ keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti