Bakı. Trend:
Rusiyada deputat Dmitri Savelyev parlament binasının çıxışında prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Baş prokurorluğunun rəsmi nümayəndəsi yerli KİV-ə bildirib ki, baş prokuror İqor Krasnov Savelyevin toxunulmazlığının ləğvi ilə bağlı Federasiya Şurasına təklif göndərib.
Qeyd olunub ki, Savelyev qətlin təşkilində şübhəli bilinir.