Bakı. Trend:
Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyevin cəzaçəkmə müəssisəsində biznes ortağı Sergey İonovun qətlini sifariş etməsi ilə bağlı bəzi detallar məlum olub.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, deputat Dmitri Savelyevin təsisçisi və senatorun oğlunun direktoru olduğu “Optomonitorinq” MMC-də 1,6 milyon rubl mənimsədiyini etiraf edib və ziyanın da bir qismini ödəyib.
Məlumata görə, məhkəmə bu əməlinə görə Sergey İonovun 2,5 il azadlıqdan məhrum olunması barədə qərar qəbul edib.
Qeyd edilir ki, ziyanın bir qismini ödəməsinə və 2,5 il azadlıqdan mərhum olunmasına baxmayaraq, Savelyev qisas almaq niyyətindən vaz keçməyib və cəzaçəkmə müəssisəsindəki Sergey İonovun qətlinin sifarişi üçün 10 milyon rubl verib.
Xatırladaq ki, avqustun 2-də Federasiya Şurasının iclasında toxunulmazlığı ləğv edilən senator saxlanılıb. Dmitri Savelyev Rusiyanın Federal Penitensiar Xidmətinin keçmiş əməkdaşına Sergey İonovun qətlini sifariş verməkdə şübhəli sayılıb. Sergey İonov cəzaçəkmə müəssisəsində qətlə yetirilib, sonra isə saxta təcili yardım çağırış kartı və meyitin müayinəsi üçün protokol tərtib edilib. Bu məlumat ona çatdırıldıqdan sonra Dmitri Savelyev 10 milyon rubl (100 min dollar) qonorarı qatilə verib.