...

Paris-2024: Sena çayında üzən daha bir triatlonçu xəstələnib

Dünya xəbərləri Materials 6 Avqust 2024 14:14 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən daha bir triatlonçu özünü pis hiss edib.

Trend xəbər verir ki, Rusiyadan olan triatlonçu Yekaterina Şabalina bu barədə "TASS" agentliyinə deyib.

İdmançı bildirib ki, yalnız mikrob əleyhinə dərman vasitəsi qəbul etdikdən sonra özünü nisbətən yaxşı hiss etməyə başlayıb.

Qeyd edək ki, bir qədər əvvəl açıq havada üzgüçülük yarışlarında iştirak edəcək idmançıların Senadakı bugünkü məşqi çaydakı suyun çirkli olması səbəbindən ləğv edilib.

Xatırladaq ki, bundan əvvəl İsveçrənin triatlon üzrə yığmasının 2 üzvü Adrien Brifford və Simon Vestermannın sağlamlığında problem yaranmışdı. Hər iki idmançıda bağırsaq çöpünün aşkarlandığı məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti