Bakı. Trend:
Kolumbiya dairəsinin federal məhkəməsi Donald Trampın 2021-ci ilin yanvarında ABŞ prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyəti saxlamaq cəhdi iddiası ilə bağlı məhkəmə iclasını sentyabrın 5-nə qədər təxirə salıb.
Trend-in məlumatına görə, bu barədə hakim Tani Çatkenin qərarında bildirilib.
Məlumata əsasən, hazırda Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan D.Trampa qarşı daha əvvəl bu iş üzrə ittiham irəli sürən ABŞ-ın xüsusi prokuroru Cek Smit məhkəmədən iclasın təxirə salınmasını istəyib.
Bundan əvvəl iclasın avqustun 16-da keçiriləcəyi planlaşdırılırdı. Gözlənilirdi ki, tərəflər növbəti addımları barədə hakimi məlumatlandıra, prosessual məsələləri müzakirə edib razılığa gələ biləcəklər. Sənədə əsasən, iclas “5 sentyabr 2024-cü ilə qədər təxirə salınıb”.