Bakı. Trend:
Yaponiya hakimiyyəti Nankay parçalanmasında gözlənilən son dərəcə güclü zəlzələyə hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə Yaponiya KİV-ləri xəbər verib.
Məlumata əsasən, Yaponiya Meteorologiya Agentliyi tarixdə ilk dəfə "meqa zəlzələ xəbərdarlığı" yayıb. Agentlik ənəkdaşları 29 prefekturada 707 bələdiyyəni yeraltı təkanlar zamanı hazırlıq səviyyələrini nəzərdən keçirməyə çağırıb.
Seysmoloqlar qeyd edibər ki, zəlzələnin dəqiq nə vaxt baş verəcəyi hələlik məlum deyil. Sakinlərə gələn həftə sayıq qalmaları tövsiyə olunur.
Qeyd edək ki, ötən gün Yaponiyanın Kyuşu adasının şərq sahilləri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. 16 nəfər yaralanıb.