...

Blinken Qalantla Qəzzanı müzakirə edib

Dünya xəbərləri Materials 10 Avqust 2024 16:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalant ilə telefon danışığı aparıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə, tərəflər regionda gərginliyi azaltmaq üçün atılan addımları müzakirə ediblər.

Dövlət katibi ABŞ-nin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib və qeyd edib ki, eskalasiya heç bir tərəfin maraqlarına uyğun deyil.

Nazir geniş regional sabitliyə şərait yaradacaq atəşkəsə nail olunmasının təcili zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti