...

"Ernesto" tropik fırtınası qasırğaya qədər güclənib

Dünya xəbərləri Materials 14 Avqust 2024 23:36 (UTC +04:00)

Bakı. Trend:

"Ernesto" tropik fırtınası Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya qədər güclənir və güclü yağışlarla Puerto-Rikoya çatıb.

Trend-in məlumatına görə, bu barədə "AP" agentliyi ABŞ Milli Qasırğa Mərkəzinə istinadən bildirib.

Məlumata əsasən, qasırğada küləyin maksimal sürəti 122 km/saata çatıb. "Ernesto" təxminən 26 km/saat sürətlə şimal-qərbə doğru irəliləməyə davam edir.

Puerto-Rikoda qasırğa səbəbindən 700 minə yaxın ev işıqsız qalıb. 235 mindən çox ev təsərrüfatında su təchizatında fasilələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti