Bakı. Trend:
Türkiyənin 36 vilayətini əhatə edən növbəti antiterror əməliyyatı hayata keçirilib.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, “Gürz-8” kod adı altında keçirilən əməliyyat çərçivəsində PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 222 şəxs saxlanılıb.
"Antiterror əməliyyatı Türkiyənin kəşfiyyat xidməti tərəfindən planlaşdırılıb və əlaqələndirilib.
Saxlanılan şəxslərə qarşı sosial şəbəkələrdə cinayətkar strukturların təbliğatı ilə məşğul olmaq, PKK terrorçularının maliyyələşdirilməsi və dəstəklənməsi, əliqanlı terror təşkilatının xaricdəki şəbəkələrində iştirak etməklə bağlı ittihamlar irəli sürülüb", - o qeyd edib.