Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, 2024-cü il rekord dövrü hesab oluna bilər, çünki avqust ayına qədər 172 humanitar işçi həlak olub.
Trend-in məlumatına görə, BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Humanitar Yardım Günü münasibətilə bildirib ki, 2023-cü il humanitar işçilər üçün ən ölümcül il olub, 33 ölkədə 280 ölüm halı qeydə alınıb. O "cəzasızlığa son qoyulmasını" tələb edib.
Bu rəqəm 118 yardım işçisinin həlak olduğu 2022-ci ilə nisbətən 137 faiz artım deməkdir. Lakin BMT xəbərdarlıq edir ki, 2024-cü ildə bu rəqəmlər arta bilər, çünki avqust ayına olan məlumata görə 172 humanitar işçi həlak olub.
Ən çox ölüm sayı Qəzza zolağında müharibənin ilk aylarında (oktyabr-dekabr) aviazərbələr nəticəsində qeydə alınıb. Bundan başqa, həm 2023-cü ildə, həm də 2024-cü ildə həlak olanların sayına Sudan ərazisindəki zorakılıq təsir edib. Bütün münaqişələrdə qurbanların əksəriyyətini milli əməkdaşlar təşkil edir.