...

ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 24 Avqust 2024 04:16 (UTC +04:00)

Bakı. Trend:

Pentaqon rəhbəri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə telefon danışığı aparıb və onunla 125 milyon dollarlıq yeni silah paketini müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

“Ostin həmçinin ABŞ-ın təhlükəsizlik yardımı, o cümlədən Prezident Baydenin elan etdiyi 125 milyon dollarlıq paketi də təqdim edib”, - deyə bildirib.

Bundan əlavə, tərəflər Kiyevin hazırkı hərbi əməliyyatlarını və döyüş meydanındakı ehtiyaclarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti