...

ABŞ Müdafiə Nazirliyi Kiyevə yeni hərbi yardım tranşını açıqlayıb

Dünya xəbərləri Materials 24 Avqust 2024 06:23 (UTC +04:00)

Bakı. Trend:

Pentaqon Ukraynaya 125 milyon dollar dəyərində silah və hərbi texnikanın yeni partiyasının göndərilməsini elan edib.

Trend-in məlumatına görə, qeyd olunub ki, bu, 2021-ci ildən bəri “Ukraynanın kritik ehtiyaclarını ödəmək üçün əlavə təhlükəsizlik və müdafiə yardımı”nın 64-cü tranşıdır.

Bu yardım partiyasına pilotsuz uçuş aparatları (c-UAS) ilə mübarizə üçün avadanlıq və sursatlar, Yüksək Mobil Artilleriya Raket Sistemi (HIMARS) sursatları, 155 və 105 mm-lik artilleriya sursatları, TOW, Javelin və AT-4 tank əleyhinə raket sistemləri daxildir. Həmçinin bura daxildir yüksək hərəkət qabiliyyətinə malik təkərli avtomobillərdə (HMMWV) təcili yardım maşınları, atıcı silahlar üçün sursatlar, tibbi avadanlıqlar, partlayıcı avadanlıqlar, ehtiyat hissələri, köməkçi avadanlıqlar, Ukrayna hərbi təlimi və daşınması üçün vəsaitlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti