...

Çikaqoda atışma - Dörd nəfər ölüb

Dünya xəbərləri Materials 3 Sentyabr 2024 15:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çikaqo yaxınlığındakı Forest Park şəhərində (İllinoys ştatı) qatar stansiyasında atışma nəticəsində azı 4 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə ABC News telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 2-də səhər saatlarında baş verib. Üç nəfər hadisə yerində ölüb, dördüncü zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hücum edən şəxsi saxlaya bilib, onda odlu silah tapılıb. Cinayətkarın kimliyi və motivləri açıqlanmır.

Xəbər lenti

Xəbər lenti