...

Norveç Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətləri ləğv edir

Dünya xəbərləri Materials 12 Sentyabr 2024 02:59 (UTC +04:00)

Bakı. Trend:

Norveç, Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini ləğv etməyə qərar verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli açıqlama verib.

Bildirilib ki, bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Norveçin xarici işlər naziri Espen Bart Eide arasında telefon danışığı baş tutub. Norveçin xarici işlər naziri ölkəsinin 2019-cu ildən Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verdiyini bildirib.

Nazir Hakan Fidan, qərardan məmnun olduğunu ifadə edərək, bu cür məhdudiyyətlərin müttəfiqlik prinsipləri ilə uyğun gəlmədiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti