...

Konqoda çevriliş cəhdinə görə 37 nəfərə edam cəzası oxundu

Dünya xəbərləri Materials 14 Sentyabr 2024 23:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekediyə qarşı dövlət çevrilişinə cəhd ittihamı ilə 51 müttəhimin saxlanıldığı işə məhkəmə qərar verib.

Bu barədə Trend BBC-yə istinadən xəbər verib.

Konqo Demokratik Respublikasında prezident Feliks Tşisekediyə qarşı dövlət çevrilişinə cəhd ittihamı ilə mühakimə olunan 51 müttəhimdən 37-si ölüm cəzasına məhkum edilib, 14 nəfərə isə bəraət hökmü çıxarılaraq azadlığa buraxılıblar. Ölümə məhkum edilənlər arasında ABŞ, Belçika, İngiltərə və Kanada vətəndaşları da var.

KDR-də 19 may dövlət çevrilişinə cəhdin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb. Paytaxt Kinşasanın Qoma bölgəsində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında baş verən qarşıdurmada çevrilişə cəhd edənlərdən bəziləri öldürülüb, 51 nəfər isə hərbi məhkəmədə mühakimə olunub.

Xəbər lenti

Xəbər lenti