Bakı. Trend:
La-Manş boğazı vasitəsilə Fransadan Britaniyaya keçmək istəyən səkkiz miqrant həlak olub.
Trend xəbər verir ki, bu barədə Fransanın rəsmi mənbələri məlumat yayıb.
Bildirilib ki, içərisində 50 nəfərin olduğu qayıq sahili tərk etdikdən qısa müddət sonra batmağa başlayıb.
Qeyd edək ki, sentyabrın 3-də Fransa sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində altısı uşaq və biri hamilə qadın olmaqla, ümumilikdə 12 nəfər həyatını itirmişdi.