Bakı. Trend:
Zimbabve prezidenti Emmerson Mnanqaqvanı daşıyan helikopter havaya qalxdıqdan sonra qəzaya uğrayıb.
Prezident təyyarədə olmayıb, ekipaj üzvlərindən ölən olmayıb.
Trend-in məlumatına görə, bu barədə ZBC telekanalı Zimbabvenin informasiya naziri Cenfana Musverenin bəyanatına istinadən məlumat yayıb.
İnsident sentyabrın 15-də ölkənin cənubunda, prezidentin ad günü ilə üst-üstə düşən Munumutapa Günü münasibətilə ilk dəfə bayram tədbirlərinin keçirildiyi Masvinqo şəhərində baş verib.
İlkin məlumatlara görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub. Zimbabve Mülki Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.