Bakı. Trend:
Üç ətraf mühit fəalı Londondakı Milli Qalereyada Vinsent van Qoqun iki rəsminin üzərinə pomidor şorbası töküblər.
Bu barədə Trend "The Guardian" nəşrinə istinadən məlumat yayıb.
Just Stop Oil hərəkatının fəalları, Van Qoqun əsərlərindən ibarət sərginin keçirildiyi qalereyaya daxil olaraq “Günəbaxan 1889” və “Günəbaxan 1888” rəsmlərinin üzərinə Heinz pomidor şorbası töküblər. Etiraz, eyni hərəkatın iki fəalı Phoebe Plummer və Anna Holland oxşar aksiyaya görə həbs cəzasına məhkum edildikdən cəmi bir saat sonra baş tutub.
Bu iki fəalın keçirdikləri etiraz aksiyaları, iqlim dəyişikliyinə və bu mövzuda təxirəsalınmaz tədbirlərin görülməsinə diqqət çəkməyi hədəfləyib. Təkrar aksiyanın bu qədər qısa müddət sonra baş verməsi, hərəkatın davamlı təzyiq və radikal üsullarla diqqət çəkmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.