...

Pentaqon raketlər və onlar üçün nüvə başlıqlarının istehsalına 2,1 milyard dollar ayırıb

Dünya xəbərləri Materials 1 Oktyabr 2024 07:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi "Trident II D5" ballistik raketlərinin və yeni "Warhead 93/Mark7" nüvə başlıqlarının istehsalına 2,1 milyard dollar ayırıb.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti bildirib.

Qeyd edilib ki, 2 112 872 740 ABŞ dolları məbləğində müqavilə "Lockheed Martin" şirkətinə verilib. Buraya sualtı qayıqlarından buraxılması nəzərdə tutulan "Trident II D5 raketləri və dəstək sistemlərinin" istehsalı və "Warhead 93/Mark7-nin hazırlanması" daxildir. Müqavilə bu silahların Böyük Britaniyaya tədarükünü də nəzərdə tutur.

Müqavilə üzrə işlərin 30 sentyabr 2029-cu il tarixinədək başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti