...

ABŞ-da "Helen" qasırğasında ölənlərin sayı 200-ə çatıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2024 21:32 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 200-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Xilasedicilər hələ də çoxlu insan itkin düşmüş hesab edildiyindən ölənlərin sayının arta biləcəyini istisna etməyiblər.

Təbii fəlakət ilk növbədə altı ştata təsir edib: Şimali Karolina, Corciya, Cənubi Karolina, Florida, Tennessi və Virciniya.

Oktyabrın 3-ü səhər saatlarına olan məlumata görə, ABŞ-də təxminən 1 milyon insan işıqsız qalıb. Onların əksəriyyəti Cənubi və Şimali Karolina sakinləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti