...

İsrail Livanın cənubundakı "Hizbullah" infrastrukturunu tamamilə məhv etmək niyyətindədir

Dünya xəbərləri Materials 3 Oktyabr 2024 22:32 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu Livanın cənubunda quru əməliyyatı zamanı "Hizbullah" təşkilatının bölgədəki hərbi infrastrukturunu tamamilə məhv etmək niyyətindədir və onun bərpasına imkan verməyəcək.

Trend-in məlumatına görə, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Hertsi Halevi Livanla sərhəd bölgəsində keçirdiyi əməliyyat görüşündən sonra bildirib.

"Biz bu infrastrukturu məhv etmək və orada olan hər kəsi zərərsizləşdirmək əzmindəyik. Biz "Hizbullah"ın bu yerlərdə möhkəmlənməsinə imkan verməyəcəyik", - deyə o qeyd edib.

H.Halevi vurğulayıb ki, İsrailə Livandakı hərbi əməliyyatın bəyan edilmiş məqsədini - "Hizbullah" bölmələrinin bir il davam edən atəşi nəticəsində təxliyə edilmək məcburiyyətində qalan ölkənin şimal sərhəd rayonlarının 60 min sakininin geri qaytarılması üçün buna ehtiyac var.

Xəbər lenti

Xəbər lenti