Bakı. Trend:
Qazaxıstan vətəndaşlarının 71,12 faizi Atom Elektrik Stansiyasının tikintisinə dəstək verib.
Trend xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurlan Abdirov brifinqdə məlumat verib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, vətəndaşların 28,88 faizi AES-in tiktisinin əleyhinə səs verib.
"Əldə edilən məlumatlara görə, respublikamızın referendumda iştirak etmək hüququ olan ümumi vətəndaş sayı 12 milyon 284 min 487 nəfərdir. Səsvermədə iştirak edən vətəndaşların sayı 7 milyon 820 min 204 nəfərdir ki, bu da referendumda iştirak etmək hüququ olan vətəndaşların 63,66 faizini təşkil edir. Referendumda müsbət qərar verən vətəndaşların sayı 5 milyon 561 min 937 nəfərdir, bu da 71,12 faiz təşkil edir”, - N.Abdirov deyib.
Xatırladaq ki, oktyabrın 6-da Qazaxıstanda AES-in tikintisi ilə bağlı referendumda səsvermə keçirilib.