...

Norveç terror təhlükəsi səviyyəsini artırıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 22:43 (UTC +04:00)

Bakı. Trend:

Norveç hakimiyyəti çərşənbə axşamı ölkənin terror təhlükəsi səviyyəsini orta səviyyədən yüksək səviyyəyə qaldırıb.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.

Məlumata əsasən, terror təhlükəsinin beşdən dördüncü səviyyəyə yüksəlməsi Yaxın Şərqdəki vəziyyətlə bağlıdır.

"Yaxın Şərqdə bizi terror təhlükəsinin səviyyəsini artırmağa məcbur edən neqativ hallar var. Norveçdə bu, ilk növbədə yəhudilik və İsraillə əlaqəli obyektlərə aiddir", - deyə Norveçin xüsusi xidmət orqanlarından bildirilib.

Xüsusilə, terror təhlükəsinin səviyyəsinin artması ilə əlaqədar ölkədə bütün polis əməkdaşları silahlı şəkildə işə getməlidir.

Xəbər lenti

Xəbər lenti