Bakı. Trend:
Tayvan silahlı qüvvələri bir gündə Xalq Qurtuluş Ordusunun 20 təyyarəsi və 10 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
Trend-in məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama verib.
İddiaya görə, 13 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal və cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.
Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə edərək cavab verib.
Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.