...

Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzasının verilməsini dəstəkləyib

Dünya xəbərləri Materials 12 Oktyabr 2024 07:32 (UTC +04:00)
Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzasının verilməsini dəstəkləyib

Bakı. Trend:

ABŞ vətəndaşlarını öldürən miqrantlar ölüm cəzasına məhkum edilməlidir.

Trend-in məlumtatına görə, bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nevada ştatının Reno şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Mən əcnəbilərdən ibarət qrupların bütün üzvlərini toplayacağam, onları həbs edəcəklər və ya ölkəmizdən qovacaqlar ki, bir nəfər də qalmasın. Biz bu əməliyyatı "Avrora" adlandıracağıq. [ABŞ-yə] qayıdıqda, onlar şərti azadlığa buraxılma imkanı olmadan avtomatik olaraq 10 il həbs cəzası alacaqlar. Mən Amerika vətəndaşını və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən hər bir miqrant üçün ölüm cəzasının verilməsini dəstəkləyirəm", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti