...

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmalara qarşı əməliyyatlar: 95 şübhəli saxlanılıb

Dünya xəbərləri Materials 12 Oktyabr 2024 10:16 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin yeddi vilayətində səkkiz mütəşəkkil cinayətkar dəstəyə qarşı “Kuyu-32” və “Kuyu-33” əməliyyatları keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”sosial şəbəkəsində yazıb.

" “Kuyu-32” və “Kuyu-33” əməliyyatları çərçivəsində Türkiyənin 7 rayonunda təşkil edilən əməliyyatlarda 8 müxtəlif mütəşəkkil cinayətkar qruplaşmaya üzv olan 95 şübhəli saxlanılıb”, - Ali Yerlikaya.

Əməliyyat nəticəsində həmçinin 24 sənədsiz tapança, 11 sənədsiz tüfəng, 1 avtomat tapança, 9 kəsici-deşici alət ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti