...

Moldovada məhkəmə axtarışdan sonra saxlanılan dörd qadının həbsini təsdiqləyib

Dünya xəbərləri Materials 13 Oktyabr 2024 19:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldova məhkəməsi müxalifət tərəfdarlarının axtarışından sonra Orxeydə saxlanılan dörd qadının həbs edilməsi ilə bağlı prokurorların müraciətini təmin edib.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Dmitri Marko məlumat verib.

“Məhkəmənin qərarı ilə üç qadın 30 sutka müddətinə ev dustaqlığına, daha biri isə 30 sutka müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsində həbs olunub. Biz bu qərarı əsassız hesab edirik və Apellyasiya Palatasına şikayət edəcəyik,” - deyə vəkil qeyd edib.

Bu həftə polis müxalif "Pobeda" blokuna daxil olan partiyaların ofislərində partiyaların maliyyələşdirilməsi ilə bağlı pozuntular və seçicilərin rüşvətxorluğu hallarını araşdırmaq məqsədilə kütləvi axtarışlar aparıb. Hüquq-mühafizə orqanları "Qələbə" blokunun simvolları ilə yanaşı "Mir" ödəniş sisteminin bank kartlarını və əskinasları əks etdirən video yayımlayıblar. Blokun rəhbəri İlan Şor axtarışları və qanunsuz maliyyələşmə ittihamlarını tamaşa adlandırıb, Kişinyovdakı qərbyönlü hökuməti müxalifətə təzyiq göstərməkdə ittiham edib.

"Pobeda" blokunun Avropa İttifaqına üzvlüklə bağlı referendumla eyni gündə, oktyabrın 20-də keçiriləcək prezident seçkilərində iştirakını dayandırıb.

Xəbər lenti

Xəbər lenti