...

Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 15 Oktyabr 2024 06:12 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Elazığ şəhərinin Sivriçe rayonunda 4,4 maqnitudalı zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı təxminən 7 kilometr dərinlikdə yerləşib.

Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti