...

“Hizbullah” oktyabrın 1-dən bu yana 90 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2024 06:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Hizbullah”ın silahlı birləşmələri Livanın cənubunda İsrail ordusuna qarşı mübarizədə uğurlu əməliyyatlar keçirərək onların canlı qüvvə və texnika baxımından ağır itkilər verməsinə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş məlumatda bildirilib. Məlumata əsasən, oktyabrın 1-dən bəri baş verən qarşıdurmalarda İsrail ordusu 90-dan çox canlı qüvvə itirib, 750 nəfər isə yaralanıb.

Bundan əlavə, əməliyyatlar zamanı 38 Merkava tankı, 4 buldozer, 4 zirehli texnika və zirehli transportyor raketlərlə vurulub. Eyni zamanda, 3 Hermez 450 və 1 Hermez 900 pilotsuz təyyarəsi də yox edilib.

Xəbər lenti

Xəbər lenti