Bakı. Trend:
Livanın baş naziri vəzifəsini icra edən Najib Mikati Livanın "Hizbullah" hərəkatı ilə İsrail arasında yaxın bir neçə saat və ya gün ərzində atəşkəs əldə edilməsinə "nikbin" olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə N.Mikati "Al Jadeed" nəşrinə müsahibəsində bildirib.
"Biz əlimizdən gələni edirik və ümid edirik ki, yaxın bir neçə saat və ya gün ərzində atəşkəsə nail olacağıq", - deyə o bildirib.
Bu açıqlama Livan rəsmisinin ABŞ prezidentinin müşaviri Amos Hokşteyn ilə söhbətdən sonra verilib.