Bakı. Trend:
Qəzza zolağının şimalında yerləşən Kamal Advan Tibb Mərkəzi təcili yardım maşınları və dərman çatışmazlığı səbəbindən yardımsız qalıb.
Trend xəbər verir ki, bu barədə xəstəxananın direktoru Hussam Əbu Səfiyə “Əl-Cəzirə” telekanalına məlumat verib. O, İsrail hərbçilərinin mühasirəyə aldığı tibb mərkəzində vəziyyətin “getdikcə pisləşdiyini” və “dərman və tibb ləvazimatlarının ciddi çatışmazlığı səbəbindən çox sayda yaralının xəstəxanada həyatını itirdiyini” bildirib. “Tibb işçilərimiz kifayət qədər deyil, ölənlərin və yaralıların cəsədlərini daşımaq üçün təcili yardım maşınlarımız belə yoxdur,” – deyə Əbu Səfiyə qeyd edib.
Əbu Səfiyə əlavə edib ki, İsrail atəşi nəticəsində dağıdılan evlərin sakinləri dağıntılar altından 10 cəsəd çıxarıb və 35 yaralını xilas edə biliblər, lakin “ən azı 50 nəfər daha sıx vəziyyətdə qalıb”. “Bu, Qəzzanın şimalında hər gün yaşanan bir reallıqdır. İsrailin blokadası fələstinliləri məhv edir, çünki ərzaq, dərman və suyun əraziyə gətirilməsi qadağandır,” – deyə Kamal Advan Tibb Mərkəzinin direktoru vurğulayıb.