...

İtaliyada zəlzələ olub

Dünya xəbərləri Materials 9 Noyabr 2024 15:15 (UTC +04:00)
İtaliyada zəlzələ olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada 4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Roma bölməsi məlumat yayıb.

Məlumata görə, episentri Termoli şəhərindən təxminən 20 kilometr aralıda, Kampobasso əyalətinin Monteçilfone bölgəsi olan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkan müxtəlif bölgələrdə aydın hiss edilib, əhali arasında təşviş yaradıb. Mülki müdafiə qüvvələri zəlzələdən sonra insan tələfatı və dağıntı olmadığını açıqlayıb, ərazidə yoxlamalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti