...

Bu ölkə son 30 ilin ən güclü daşqını ilə üzləşir

Dünya xəbərləri Materials 30 Noyabr 2024 11:11 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Son 30 ilin ən güclü daşqıni Taylandın bir neçə əyalətinə təsir edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ən çox zərər çəkən ərazilərdən biri Pattani və onun şəhəri Xatyay olub.

Məlumata görə, fəlakətin səbəbi Siam körfəzi sahilləri boyunca ölkənin cənubunda davam edən aramsız leysan yağışlarıdır. Yerli sakinlər evlərini tərk edərək daha təhlükəsiz ərazilərə köçürlər.

Qeyd edilib ki, ölkə hakimiyyəti xəbərdarlıq edib ki, təxliyə Taylandın əsas kurortu olan Pxuketdə də lazım ola bilər. Orada leysan yağışlarının, ani daşqınlərin və torpaq sürüşmələrinin 4 dekabr tarixinə qədər davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti